Üzeyir Hacıbəylinin doğum günü ev muzeyində qeyd edilib FOTOLAR
Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ev muzeyində qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru, bəstəkar Sərdar Fərəcov bildirib ki, dahi bəstəkarın hər bir yaratdığı əsər bizlərə bir töhfədir.
Tədbirdə çıxış edən əməkdar artist, "Mədəniyyət" kanalının baş direktoru Ramil Qasımov Üzeyir bəyin Azərbaycan Radiosu və Televiziyasında böyük xidmətləri olduğunu qeyd edib: "İllər ötdükcə biz Üzeyir bəyin Azərbaycan musiqisinə verdiyi əvəzsiz xidməti biz hər gün daha çox anlayırıq. Bu gün çox sevindirici və fərəh verici bir haldır ki, Üzeyir bəy irsi gələcək nəsillərə çatdırılır. Eyni zamanda, onun adına keçirilən festival, onun əsərlərinin dünya musiqiçiləri tərəfindən ifa olunması Üzeyir Hacıbəyli yaradıcılığının böyüklüyü və bu böyük yaradıcılığına olan sevgidir".
Ramil Qasımov Üzeyir bəyin şah əsəri olan "Koroğlu" operasında Koroğlu partiyasının ifa etməsindən iftixar duyduğunu deyib.
Tədbirdə R. Qasımov Üzeyir Hacıbəylinin əziz xatirəsinə çəkilən "Koroğlu" operasından Koroğlunun ariyasını və aşıq mahnısına 3d formatında çəkilmiş yeni klipi təqdim edib.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB