Məşhur italiyalı opera müğənnisi vəfat etdi

Məşhur italiyalı opera müğənnisi vəfat etdi

Məşhur italiyalı opera müğənnisi Daniela Dessi vəfat edib. Axşam.az xəbər verir ki, 60 yaşlı ifaçı Breşiya şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Danielaya 1 ay öncə xərçəng diaqnozu qoyulmuşdu. Onun vəfatı haqqında məlumatı 15 il evli olduğu tenor Fabio Armiliato yayıb.

Qeyd edək ki, Dessi 14 may 1957-ci ildə Genuyada anadan olub. İlk mükafatını 1980-ci ildə İtaliya Dövlət Televiziyasının təşkil etdiyi beynəlxalq müsabiqədə qazanıb. Müğənninin repertuarında 60-dan çox opera olub. O, Milandakı "La Skala", Nyu-Yorkdakı "Metropoliten-opera" və Berlindəki "Alman opera"sı ilə əməkdaşlıq edib. D.Dessi son 20 ilin ən yaxşı sopranosu hesab edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə