Bəhram Osmanov Lənkəran teatrında yeni tamaşanın məşqlərinə başlayıb
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Lənkəran Dövlət Dram Teatrında yeni səhnə əsərinin məşqlərinə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, Əli Vəlioğlunun "Əsrlərin harayı" əsəri əsasında hazırlanan tamaşa iyunun sonlarında sənətsevərlərə təqdim olunacaq.
Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Tamaşada rolları teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev və digərləri ifa edirlər.
Qeyd edək ki, qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edən səhnə əsərinin hazırda stolarxası məşqləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB