Yuğ Dövlət Teatrı benəlxalq layihəyə imza atacaq

Yuğ Dövlət Teatrı benəlxalq layihəyə imza atacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, fevralın 1-dən etibarən fəaliyyətini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirən Azərbaycan Dövlət Yuğ Teatrı tezliklə yeni tamaşaları və maraqlı layihələri ilə tamaşaçıların görüşünə gələcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, teatrda İngiltərənin ALOFF Teatrı ilə birgə yeni tamaşa hazırlanıb.

Məşhur norveç yazarı, intellektual dramın parlaq nümayəndələrindən biri Henrik İbsenin pyesi əsasında quruluş verilən "Oyuncaq evi" tamaşasının prodüseri Sənan Əliyev, rejissoru Metyu Zak Paneş, rəssamı Olqa Yaroşdur.

Əsər Azərbaycana adaptasiya olunub. Adaptasiyanın və yeni səhnə əsərinin redaktoru Nik Audedir. O, pyesdə baş verən hadisələri XIX əsrin Norveçindən Xəzərin qoynundakı Bakıya köçürüb.

Pyesi Azərbaycan dilinə Aloff Teatrının direktoru Sənan Əliyev çevirib.

"Oyuncaq evi" tamaşasında rolları Yuğ Dövlət Teatrının aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə ifa edirlər.

Qeyd edək ki, səhnə əsərinin premyerası 20 may saat 20.00-da və 21 may saat 17.00-da YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə