Azərbaycan Xalça Muzeyində "Multikulturalizm ili" çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi ilə birgə məktəblilər üçün muzey həftəsinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Bakı şəhəri orta məktəblərin, muzeylərin direktorları və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ilin "Multikulturalizm ili" elan olunması ilə bütün dünyaya sübut olundu ki, müxtəlif xalqların birgə yaşadığı ölkəmizdə sülh, əmin-amanlıq mühiti mövcuddur: "Multikulturalizmin bəşəriyyətdə hökm sürən zorakılıq, terrorizmlə mübarizədə əhəmiyyəti danılmazdır.
Muzey müəssisələrinin də multikulturalizmin missiyalarını yerinə yetirməsində mühüm xidmətləri var. Bildiyimiz kimi, muzeylərin əhatə dairəsi genişdir. Təhsil sahəsində muzey pedaqogikası bir sıra fənlərin canlanmasına güclü təsir göstərir. Muzeylər həm də maarifləndirici funksiya daşıyan mədəniyyət müəssisələridir.
Məlumdur ki, hər il 18 may tarixi bütün dünyada "Beynəlxalq Muzey Günü" kimi qeyd olunur. Bu münasibətlə, 12-18 may tarixlərində "Muzeylər və Multikulturalizm" proqramı üzrə məktəblilər üçün muzey həftəsi təşkil olunub. Proqram Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Sözügedən proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanışlığını, interaktiv ekskursiya zamanı müxtəlif milli, dini və mədəni irsə mənsub olan millətlər arasında qarşılıqlı münasibətləri öyrənilməsini və milli-mənəvi dəyərlərə hörmətlə yanaşılmasını təmin etməkdir".
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında qeyd edib ki, bu tarix Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən, 150-dən çox ölkədə, o cümlədən, Azərbaycanda qeyd olunur: "Beynəlxalq Muzey Günü"nün xalqlar arasında mədəni mübadilənin təmin olunmasında xüsusi rolu var. Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətində hər zaman muzeylərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin mədəni strategiyası nəticəsində Azərbaycanda muzeylər şəbəkəsi çox yüksək inkişaf edib. Bu gün ölkə başçısı cənab İlham Əliyev həmin ənənəni uğurla davam etdirir, bu sahədə ciddi islahatlar aparır. Atılan mütərəqqi addımlar nəticəsində muzeylərdə rekonstruksiya işləri aparılıb, eksponatları zənginləşdirilib, 2008-ci ildən bu günədək 23 yeni muzey müəssisəsi açılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə Müasir İncəsənət Muzeyi, Daş Salnaməsi Muzeyi, XIX-XX əsrlərə aid Rəngkarlıq Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb və bu gün uğurla fəaliyyət göstərir. Ümid edirik ki, bu sahədə görülən işlər uğurlu nəticələrini verəcək".
Azərbaycanın müxtəlif xalqların sülh, hörmət, anlayış çərçivəsində yaşaması üçün əlverişli mühit olduğunu vurğulayan Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, mədəniyyətlər arasında əlaqələrin qurulmasının yolu muzey müəssisələrindən keçir: "Muzeylər özümüzü, tarixi keçmişimizi dərk etməmizdə, milli mənsubluğumuzu unutmamağımızda, zəngin mədəni irsimizin gələcəyə mirsa qoyulmasında ən əlverişli vasitədir. Muzey müəssisələri həm geniş tədqiqat obyekti, həm də mədəniyyət ocağıdır.
Bu gün ölkəmizdə digər sahələr kimi, muzeylər də özünün ən yüksək inkişaf səviyyəsini yaşayır. Belə ki, Azərbaycanda artıq ənənəviliyi ilə yanaşı, rəqəmsal keyfiyyətləri ilə seçilən muzeylər də fəaliyyət göstərir. Qobustanda, Heydər Əliyev Mərkəzində yaradılmış interaktiv muzeylər bunun əyani sübutudur".
Tədbirin sonunda 2015-ci ildə keçirilən muzey həftəsində fəallıq nümayiş etdirən orta məktəb direktorları və şagirdləri diplom və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, Məktəblilər üçün muzey həftəsi – "Muzeylər və Multikulturalizm" proqramı mayın 12-dən 18-dək Bakı şəhərində və regionlarda 25 muzeyi əhatə edəcək. Ötən il 7 min məktəbli Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyə ekskursiya ediblər. Məktəblilər muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı ölkələrarası mədəniyyətlərin bir-birinə təsir və əlaqələrini öyrənərək, ölkə əhəmiyyətli memarlıq abidələri, xüsusi istifadə olunan məişət, əşya və geyim nümunələri, foto və sənət əsərləri ilə tanış olacaq. Yeni proqram üçün Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşurutlar təyin edilib və multikulturalizm ili çərçivəsində mövzular seçilib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB