Həmyerlimiz beynəlxalq mükafatın nominantı olub

Həmyerlimiz beynəlxalq mükafatın nominantı olub

Yazıçı Varis Beynəlxalq Moskva Ədəbi Mükafatının nominantı olub. SİA-nın verdiyi xəbərə görə, həmyerlimiz "Yanvarın 13 günü" roman-essesi ilə 7 nominasiyadan sayca ən çox iştirakçı cəlb edən "Böyük proza-Lev Tolstoy adına mükafat"a namizəd göstərilib.

Qeyd edək ki, 5000-dən artıq iştirakçının qatıldığı müsabiqədə 76 finalçı arasında müasir Rusiya ədəbiyyatının Boris Akunin, Mixail Jvanetski, Sergey Lukyanenko, İvan Pereverzev, Lev Anninski, Mixail Zadornov kimi parlaq imzaları da yer alır. Hər nominasiyada (digər 6 nominasiya bunlardır: Vladimir Qilyarovski adına "Kiçik proza", Mixail Lermontov adına "Poeziya", İvan Kireevski adına "Ədəbi tənqid, Aleksandr Qriboyedov adına "Dramaturgiya", Mixail Bulqakov adına "Fantastika", Valeriy Bryusov adına "Tərcümə") qaliblərə 3 dərəcədə mükafat və Qran-pri təqdim olunacaq.

Təqdimetmə mərasimi sentyabrın 3-də Moskvada dövlət və hökumət rəsmilərinin iştirakı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə