Beynəlxalq Təşkilatların nümayəndələri ölkəmizə səfər edəcək

25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Beynəlxalq Təşkilatlar da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının Sivilizasiyalararası Dialoq Departamentinin direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət, Sosial və Ailə Məsələləri Departamentinin baş direktoru Mehla Talebna, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides forumda iştirak məqsədilə, ölkəmizə səfər edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə