Bərdədə “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü qeyd olunub FOTOLAR
"Beynəlxalq Abidələr və Tarixi Yerlər" günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Bərdə türbəsinin ətrafında tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir "Tarixi Abidələrimizi Tanıyaq və Tanıdaq" devizi altında baş tutan tədbirdən öncə, 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm dərnəyi üzvlərinin açıq havada çəkdikləri rəsm əsərlərinin sərgisi nümayiş olunub. Tədbirdə çıxış edən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Validə Nabatova Bərdə rayonunda olan tarixi abidələr haqqında ətraflı məlumat verib. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Bərdə türbəsinin yenidən bərpa edilməsindən, 2015-ci ilin mart ayında ölkə başçısının Bərdəyə səfəri zamanı türbədə olaraq, təmir prosesi ilə yaxından tanış olmasından söz açıb.
Daha sonra çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin direktoru Hikmət Heydərov rayonda və regionda yerləşən zəngin tarixi abidələrin turizm potensialının inkişafında da danılmaz rolu olduğunu vurğulayıb.
Bərdə Rəsm Qalareyasının direktoru Səbuhi Qasımov isə Heydər Əliyev fondunun, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması haqqında məruzə ilə çıxış edib. Tarixi Abidələrin Mühafizəsi Fondunun işçisi Aynur İsmayılova isə keçmişimizi unutmamağa və təbliğ etməyə səsləyib. Tədbir sonda konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB