“jAzzeri Bands” caz ifaçılarının təqdimatında FOTOLAR

Heydər Əliyev Sarayında tanınmış və istedadlı gənc yerli caz ifaçılarının "jAzzeri Bands" adlı konsert proqramı keçirilib. Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, caz musiqisi axşamında əməkdar artist Rəşad Haşımovun rəhbərliyi ilə "Rast" qrupu, Vlada Axundova və "Excellent Music Band", Rilaya və "Fusion Band", Leyla Kafari və "Seven Band", Aysel Mamedova və "AcidPiano Band", Mikayıl Rəfiyev və "Jazzer Band" (instrumental qrup) çıxış ediblər.

Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrin iştirakçısı olan caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...