Səddam Hüseynin imarəti muzey olacaq

Keçmiş İraq prezidenti Səddam Hüseynin Babildə yerləşən imarətinin muzeyə çevrilməsi planlaşdırılır. SİA-nın xarici mətbuta istinadən verdiyi xəbərə görə, muzeyin yaradılmasına təşəbbüs göstərən investorlar layihənin gerçəkləşməsinə 3,5 milyon dollar ayırıb.

Burada qədim İraq tarixini əks etdirən 4 mindən çox eksponat nümayiş olunacaq. Layihə rəhbərlərinin sözlərinə görə, bu, son illər ərzində dünyada açılan muzeylər arasında birinci olacaq.

Qeyd edək ki, muzeyin 2016-cı ilin sentyabrında təhvil verilməsi gözlənilir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...