Nəzrin Rəşidovadan sevindirici xəbər

Nəzrin Rəşidovadan sevindirici xəbər

Tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Böyük Britaniyanın Sevenoks şəhərindəki "Pamoja Hall"da konsert proqramı ilə çıxış edəcək.

SİA-nın verdiyi xəbərə görə, mayın 22-də baş tutacaq konsertdə o, Con Pol Ekins (fortepiano) və Lyubov Ulbyuşeva (violonçel) ilə birlikdə səhnəyə çıxacaq.

Qeyd edək ki, konsertdə L.V.Bethovenin əsəri səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə