"Bitsin, Xocalı yası!" FOTOLAR

Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Hüseynqulu Sarabski adına Mədəniyyət evinin xalq teatrı Xocalı soyqırımının iyimi dördüncü ildönümü ilə bağlı Nəsimi rayonu 1 saylı tam orta məktəbdə "Bitsin, Xocalı yası!" adlı tamaşa - kompozisiya nümayiş etdirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etməsindən, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırışdan, 25 fevral 1997-ci ildə isə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Prezident Heydər Əliyev tərəfindən verildiyi Fərman haqqında söz açıb.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısnın 1-ci müavini Gülnarə Verdiyeva, Nəsimi rayon İdarə və Müəssisələrin rəhbərləri və digər qonaqlar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə