"Xocalı- xalqımızın faciəsi: unutmayaq, unutdurmayaq" FOTOLAR

"Xocalı- xalqımızın faciəsi: unutmayaq, unutdurmayaq" FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Nizami rayon Mədəniyyət Mərkəzində 201 saylı tam orta məktəbin hazırladığı Xocalı soyqırımının 24-cü il dönümünə həsr olunmuş "Xocalı- xalqımızın faciəsi: unutmayaq, unutdurmayaq " adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edənlər faciənin başvermə səbəblərindən və acı nəticələrindən söz açıblar. Mədəniyyət mərkəzinin işçiləri məktəb şagirdlərinin ifasında kompozisiya təqdim ediblər.

Qeyd edək ki, tədbirdə Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və aparatın məsul şəxsləri, YAP Nizami rayon təşkilatının sədri millət vəkili Sədaqət Vəliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, "Erməni təcavüzünün tanıdılması " ictimai birliyinin sədri, "Heydərçi gənclər" təşkilatının sədr müavini Sarabəyim Sadıqzadə, Xocalı sakini Səriyyə Müslümqızı , 201 saylı orta məktəbin direktoru Salmanova Süsən, Nizami rayon Ağsaqqallar və Veteranlar şurasının sədrləri, rayon məktəblərinin rəhbərləri və müəllim kollektivi iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə