Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi E.Abdullayevanın "Ağ qayıq" tamaşasını təqdim edəcək. Teatrdan SİA-ya verilən xəbərə görə, fevralın 25-də nümayiş olunan ekran əsəri Xocalı soyqırımının 24–cü ildönümünə həsr olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.
Tamaşada rolları əməkdar artistlər Şükufə Musayeva, Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Vüsalə Məmmədova və başqaları ifa edəcəklər.
Qeyd edək ki, "Ağ qayıq" tamaşasında Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən bəhs edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB