“Dedpulun” ingilis dilində nümayişinə başlanacaq

“Dedpulun” ingilis dilində nümayişinə başlanacaq

Fevralın 27-dən Park Cinema Flame Towers – də "Dedpulun" ingilis dilində nümayişinə başlanacaq. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan kino həvəskarları "Dedpul" filminə orijinal dildə tamaşa etmək imkanı qazanacaqlar. "Boşboğaz muzdlunun" pərəstişkarları onun duzlu-məzəli zarafatlarını tərcümənin çətinlikləri ilə üzləşmədən fevralın 27-dən etibarən Park Cinema Flame Towers-də izləyə biləcəklər.

"Dedpul" filminin ingilis dilində nümayişi eyni anda Rusiya və MDB-nin 40 şəhərində, o cümlədən Moskva, Sankt-Peterburq, Kalininqrad, Bakı, Almatıda baş tutacaq.

Qeyd edək ki, tarix və seansların vaxtını Park Cinema Flame Towers-də dəqiqləşdirmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə