Azərbaycan Dövlət Teatr Muzeyində "Xocalı - Əsrin faciəsi" adlı tədbir keçiriləcək. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 24-ü saat 14:00-da muzeydə Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri və G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbi ilə birlikdə Xocalı faciəsinə həsr olunmuş şeir, musiqi nömrələri və video-çarxdan ibarət "Xocalı - Əsrin faciəsi" adlı tədbir keçiriləcək.
Tədbirdə şəhər muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının müəllim və tələbə heyəti, mətbuat nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Xocalı soyqırımından 24 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı şəhid olmuş Xocalı sakinlərini unutmayıb. Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ölkəmizdə mütəmadi olaraq işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB