Martın 18-də Bakı Dövlət Sirkində "Gepardlar adası"adlı yeni sirk proqramının çıxışları başlayacaq. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Böyük Moskva Sirkindən dəvət olunmuş proqrama bütün dünya sirklərində yeganə olan "Bəbirlər attraksionu" da daxil edilib. Bundan başqa, 2 saat davam edən unikal proqramda tamaşaçılar "Kenqurunun məhəbbəti", möhtəşəm illuziya şousu, əhliləşdirilmiş heyvanlar, "Hava şarında gəzinti", "Sehrli kubiklər", həlqələrlə rəqs, hava nömrələri, korde - balet, akrobat klounların maraqlı nömrələrini izləyə biləcəklər. Proqram gündə 2-3 tamaşa olmaqla bayram və istirahət günləri fasiləsiz nümayiş etdiriləcək və martın sonuna kimi şəhərimizdə olacaq.
Qeyd edək ki, biletləri sirkin kassalarından əldə edə bilərsiz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB