Tariyel Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək
Dövlət Film Fondunda əməkdar incəsənət xadimi, professor, tanınmış televiziya rejissoru Tariyel Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. Film Fondundan SİA-ya verilən xəbərə görə, fevralın 24-də baş tutacaq tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşacaq.
Qeyd edək ki, Tariyel Vəliyev "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" televiziya tamaşalarının quruluşçu rejissorudur. Bir-birinin ardınca İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib. Bundan başqa ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyi ilə bağlı "Xalqa həsr olunmuş ömür" televiziya verilişinin, Qurtuluş günü ilə bağlı "Xilas günü", eləcə də "Heydər Əliyev-75", "Əbədiyyət" verilişlərinin rejissoru olub.
Qeyd edək ki, görkəmli rejissor 2012-ci il aprelin 24-də Bakıda vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB