“Sadığın toyu” Gəncə teatrının səhnəsində FOTOLAR

“Sadığın toyu” Gəncə teatrının səhnəsində FOTOLAR

Gəncə Dövlət Dram teatrının səhnəsində Sahib İbrahimlinin "Sadığın toyu" komediyası üzərində yaradıcılıq işinə başlanılıb. Teatrın direktoru Əli Qasımovun SİA-ya verdiyi xəbərə görə, Gəncə Dövlət Dram teatrı artıq yerli dramaturq olan Sahib İbrahimlinin bununla dördüncü pyesinə müraciət edir. Pyesin quruluşçu rejissoru, respublikanın xalq artisti Vaqif Şərifovdur. Tamaşada xalq artisti Alim Məmmədov (Cəfər), Zəminə Cəfərova (Nərgiz), Samir Abbasov (Sadıq), Rauf Hüseynov (Mozu), Elnur Abbasov (Şahnəli), Ramil Hüseynov (Honnadan), Mətləb Təhmazi (Mürsəl), Nailə Əhmədova (Lalə), Vasif İsmayılov (Tanrıverdi), Elnur Məmmədov (Salman) və Akif Səfərov (Qoquyev) obrazlarında çıxış edecəklər.

Tamaşanın quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı isə Elşən Cəfərovdur.

Qeyd edək ki, tamaşa fevral ayının sonunda teatrsevərlərə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə