“Springer”-də ATMU-nun rektorunun məqaləsi yayımlanıb

“Springer”-də ATMU-nun rektorunun məqaləsi yayımlanıb

113 ölkədən 776 tədqiqatçının araşdırma nəticələrinin daxil olduğu Turizm Ensiklopediyası "Springer" Beynəlxalq nəşriyyat şirkətinin indeksi ilə çap olunub. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, ensiklopediyaya Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun "Azərbaycan, turizm" məqaləsi də daxil edilib. Tədqiqatçı öz məqaləsində Azərbaycan Respublikasının ərazisi, sərhədləri, əhalisi və rəsmi dilini qeyd etməklə yanaşı, zəngin tarixi və mədəni irsinə də nəzər yetirib, Qərb və Şərq sivilizasiyasının qovşağında yerləşməklə xarakterik tolerantlıq və qonaqpərvərlik xüsusiyyətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, xidmət mədəniyyətinin yüksək olması sənayenin inkişafı üçün təkan verir.

Qeyd edək ki, müəllif öz yazısında həmçinin, ölkənin əsrarəngiz təbiətindən - qoruqlar, milli parklar, mineral bulaqlar və zəngin florasından söhbət açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə