“Gəncliyin səsi” festivalının növbəti tədbirləri keçirilib FOTOLAR

“Gəncliyin səsi” festivalının növbəti tədbirləri keçirilib FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gəncliyin səsi" festivalı çərçivəsində Bakı və Gəncə şəhərlərində silsilə tədbirlər təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbinin tələbələri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının Gənclər şöbəsinin nümayəndələri yaxından iştirak ediblər.

Festivalda gənclərdən ibarət musiqi kollektivlərinin və ayrı-ayrı ifaçıların konsertləri, gənc rəssamların əsərlərindən və əl işlərindən ibarət sərgilər, yaradıcı gənclərlə görüşlər, tələbələrin foto sərgisi təşkil edilib. İlk dəfə olaraq, Bakı Turizm Peşə Məktəbinin aşpaz, qənnadçı, barmen ixtisasları üzrə tələbələri öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, festivala Gəncə şəhərində yekun vurulub. Gəncə Dövlət Dram Teatrında Xəzəngül Hüseynovanın "Məhəbbətin qənimi" adlı tamaşasının premyerası keçirilib. Daha sonar Məhsəti Gəncəvi Mərkəzində gənc rejissorlar Nərgiz Bağırzadə və Fariz Əhmədovun "Bir addım" və gənc rejissor Ruslan Hüseynovun "Usta Yusifin kamançası" filmləri nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə