Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası fevral ayı üçün nəzərdə tutulmuş tədbirlər planını açıqlayıb.
SİA-nın verdiyi xəbərə görə, konsert və tədbirlər saat 19:00-da başlanır.
2 fevral - "Gəncliyin səsi" festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrdən ibarət simfonik orkestrinin, "Baku Sinfonietta" orkestri və gənc Prezident təqaüdçülərinin konserti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərindən ibarət sərgi;
2 fevral - F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gənclər bizim sabahımızdır" adlı konserti;
5 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti;
6 fevral - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti;
12 fevral - Azərbaycan Dövlət Rəqs Ansamblının konserti;
13 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müğənni, pianoçu, Xalq Artisti Rauf Atakişiyevin 90 illiyinə həsr olunan konserti;
19 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti;
24 fevral - Azərbaycan Dövlət Xor Kapellasının konserti;
25 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti;
26 fevral - Xocalı soyqırımına həsr olunan anım mərasimi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB