Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 2 fevral – Gənclər günü ilə əlaqədar tabeliyində olan müəssisələrdə keçiriləcək tədbirlər planını təsdiq edib. SİA-nın verdiyi xəbərə görə, idarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə 2 fevral – Gənclər gününə həsr olunmuş sərgilər, söhbətlər, slayd-şoular, yarışmalar, dəyirmi masalar, görüşlər, tamaşalar, ekskursiyalar, məruzələr, mühazirələr və konsertlər keçiriləcək.
Qeyd edək ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri günü elan olunub və o gündən etibarən, respublika əhalisinin 30 faizindən çoxunu təşkil edən Azərbaycan gəncləri bu günü qürur və təntənə ilə qeyd edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB