“20 yanvar –şərəf tariximiz” adlı sərgi təşkil edilib

“20 yanvar –şərəf tariximiz” adlı sərgi təşkil edilib

Qax rayon Mərkəzi Kitabxanasında "20 yanvar –şərəf tariximiz" adlı sərgi təşkil edilib. SİA-nın verdiyi xəbərə görə, "20 Yanvar tarixinin şanlı övladları –Ülvi Bünyadzadə" anım mərasimi keçirilib. Tədbir yurd uğrunda şəhid olan Ülvi Bünyadzadənin əziz xatirəsinə həsr olunub. Tədbirdə şəhid Ülvi Bünyadzadənin şərəfli həyat yolundan söhbət açılıb, şeirləri söylənilib. Çıxış edənlər Ülvi kimi övladları olan vətən heç vaxt darda qalmayacağını, vətən isə canından keçməyi bacaran gəncləri hər daim uca tutacaqlarını deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə