Aktyor qəzaya düşdü FOTOLAR

"Muradına çatan Günəş", "Sənə inanıram" seriallarının baş rol ifaçısı, aktyor Ruslan Sabirli avtomobil qəzasına düşüb. SİA-ya açıqlama verən aktyor hazırda vəziyyətinin normal olduğunu bildirib: "Qəza qarlı hava şəraitinin pis olması səbəbi ilə Bakı-Quba yolunda, Bakıya gələrkən baş verib. Avtomobilim trasda fırlanaraq yol kənarına çırpılıb. Xoşbəxtlikdən arxadan gələn maşın bir az geridə olduğu üçün avtomobilini saxlaya bildi. Əks halda daha pis fəsadlar ola bilərdi. Xüsusilə qeyd edim ki, maşında anam da olub. Şükürlər olsun ki, anam da sağ-salamatdır".

Bütün xəbərlər Facebook səhifəmizdə