Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində "Zövq" adlı sərgi açılacaq. SİA-nın verdiyi xəbərə görə, sərgidə mövzu etibarilə sərbəst və fotoqrafiyanın bütün janrlarını əhatə edən şəkillər sərgilənəcək. Ekspozisiyası ADRA-nın müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun tələbələrinin və həvəskar rəssamların çəkdiyi şəkillərdən ibarətdir. Yüzdən artıq bədii fotoqrafiya nümunəsinin nümayiş olunacağı sərgi dekabrın 22-25-dək davam edəcək.
Qeyd edək ki, bu günədək Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Tahir Məmmədovun tələbələrinin "İşıq" və "Zövq" adlı fotosərgisi keçirilib. Artıq ənənəvi hal alan bu sərginin əvvəlkilərdən üstünlüyü ondan ibarətdir ki, fotoqrafiya sahəsində çalışan gənclərin maraq obyekti olan mövzulara daha çox diqqət yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB