Rus Dram Teatrının rəhbərliyi Gürcüstanda səfərdədir

Rus Dram Teatrının rəhbərliyi Gürcüstanda səfərdədir

Oktyabrın 26-dan 30-dək Tbilisidə "Rus klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının yubiley şənlikləri və Rus Teatrlarının Ümumdünya Konqresi keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirə müxtəlif ölkələrdə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri dəvət olunub.

Bu əhəmiyyətli konqresdə Azərbaycandan Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissoru Aleksandr Şarovski iştirak edirlər.

Bu səfər son 5 il ərzində Azərbaycan Dövlət Rus Dram Teatrının Qriboyedov adına Tbilisi Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradılan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır.

Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubu oxuyacaq.

Qeyd edək ki, Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına "dəyirmi masa"lar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə