"Xəcalət” FOTO

Füzuli Dövlət Dram Teatrı Hüseynbala Mirələmovun "Xəcalət" tamaşasını rayon səhiyyə şöbəsinin əməkdaşlarına təqdim edib. SİA-nın məlumatına görə, əsasən vətənpərvərlik mövzusunda olan pyesin quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Əsmər İbrahimova, Vaqif Rəhimov, Nicat Süleymanzadə və digərləri çıxış edib.

"Xəcalət" əsərində 1993-cü ildə mənfur ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər nəticəsində didərgin düşmüş soydaşlarımızın həyatından bəhs edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə