2-ci Avrasiya Dağ Kurort Konfransı keçirilib

2-ci Avrasiya Dağ Kurort Konfransı keçirilib

Koreya Respublikasının Ulsan şəhərində BMÜTT-nin 2-ci Avrasiya Dağ Kurort Konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Şahdağ Turizm Mərkəzinin direktorunun birinci müavini Rüstəm Nəcəfov iştirak edib.

Rüstəm Nəcəfov konfransın 5-ci sessiyasında "Məhsul İnkişafı, Diversifikasiya və Yeniliklər: demoqrafik çağırışlara cavab vermək və müəyyən edilmiş bazarlarda yeni müştərilərin tapılmasına yönəlmiş strategiyalar" mövzusu üzrə paneldə çıxış edib.

Çıxışı zamanı Şahdağ Turizm Mərkəzi haqqında ümumi məlumat verdikdən sonra Rüstəm Nəcəfov Mərkəzdə həyata keçirilib təcrübələr və gələcək planlar haqqında öz fikirlərini paylaşıb. Sonda auditoriyanın sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə