YUĞ Teatrında Vaqif İbrahimoğlu anılacaq

YUĞ Teatrında Vaqif İbrahimoğlu anılacaq
Azərbaycan Dövlət YUĞ Teatrında Vaqif İbrahimoğlunun anım günü keçiriləcək. SİA-nın məlumatına görə, oktyabrın 18-i mərhum rejissor Vaqif İbrahimoğlunun 66, yaratdığı YUĞ Dövlət Teatrının isə 26 yaşı tamam olur. Bu münasibətlə 17 oktyabr saat 18.00-da YUĞ Teatrında Vaqif İbrahimoğlunun sonuncu quruluşlarından olan A.P.Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış "Birinci akt" tamaşası nümayiş olunacaq.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Fərhad İsrafilov, Məmməd Səfa, Sonaxanım Mikayılova, aktyorlar Yaqut Paşazadə, Oqtay Mehdiyev, Natəvan Qeybani, Qasım Nağı və b. iştirak edir.

"Albalı bağı" komediyasının birinci aktı (tərcümə V.İbrahimoğlunundur) teatr tərəfindən futuroloji aksiya kimi çox səmərəli, məhsuldar və məsuliyyətli zəmin kimi qəbul edilərək milli teatr tarixində ilk dəfə olaraq, aktyorların subyektiv və müstəqil yaradıcı aktından ötrü imkan yaradıb. YUĞ Teatrının təqdim etdiyi "Birinci akt" tamaşasının ikinci hissəsində aktyorlar öz düşüncələrini bölüşür, personajların gələcəyi haqqında öz gümanlarını ekstatik formada söyləyirlər.

Onu da qeyd edək ki, söylənilən mətnlərin müəllifliyi aktyorların özlərinə məxsusdur.

Oktyabr ayının 18-də saat 11.00-da teatrın kollektivi Vaqif İbrahimoğlunun qəbrini ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня