Leyla Axundovanın "Amma heç kimə demə" adlı konseptual sərgisi baş tutub. Sərgi Leyla Axundovanın debüt işi olmaqla yanaşı, "Beautiful Minds" adlı kreativ layihəsinin başlanğıcı olub. SİA-nın verdiyi xəbərə görə, müəllif təqdim etdiyi işlərilə cəmiyyətdə əhəmiyyətli işləri, eyni zamanda müasir dövrün absurt fikirlərini təqdim edib. Tədbirin məqsədi ictimaiyyətin həmin anlara diqqət ayırması və belə şeylərə göz yummasının qarşısını almaqdır.
Sərgidə bir sıra incəsənət xadimləri və jurnalistlər iştirak edib. Eksponatların qrafik dizaynının üzərində Orxan Məmməd çalışıb.
Qeyd edək ki, indiyədək Azərbaycanda bu səpkidə sərgi təşkil olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB