"Yay gecəsində yuxu"

Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində Uilyam Şeksprin "Yay gecəsində yuxu" tamaşası nümayiş olunacaq. SİA-nın məlumatına görə, tamaşa ingilis dilində fəaliyyət göstərən "Pissa" məktəbinin şagirdlərinin ifasında təqdim ediləcək.

Tamaşanın bütün yaradıcı heyəti İngiltərədən gəlib.

Qeyd edək ki, oktyabrın 8-də baş tutacaq tamaşa, U.Şeksprin anadan olmasının 450-ci və ölümünün 400-cü ildönümü münasibətilə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə