Çarlz Lloydun konserti olacaq

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən, 25 oktyabr - 03 noyabr tarixlərində Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəkdir. Festival çərçivəsində, 30 oktyabr tarixində Heydər Əliyev Saraynda 60 illərin ulduzu, caz musiqisinin əfsanəsi, saksafon ifaçsı Çarlz Lloydun konserti keçiriləcək. SİA-nın məlumatına görə, Çarlz Lloyd öz yaşına baxmayaraq, hələ də caz sahəsində aktiv axtarışdadır.

1966-cı ildə "Monterey Jazz Festival"ı zamanı canlı olaraq qeydə alınan albom, "qızıl" statusu qazanmış və 1 milyondan artıq tirajla satılan albom hesab olunur. Çarlz Lloyd "Soyuq müharibə" zamanı Sovet İttifaqında çıxış edən ilk amerikalı ifaçı olub. 2015-ci ildə Çarlz Lloyd Jazz Masters mükafatı ilə təltif edilib. Lloyd Jazz Legend Qala caz festivalının laureatı elan olunub. Həmçinin o, Alfa Jazz Fest Beynəlxalq Musiqi Mükafatı ilə təltif edilib və Berkli Musiqi Kollecinin Musiqi üzrə fəxri doktoru adı qazanıb.

Qeyd edək ki, saat 20:00 –da başlayacaq konsertin biletləri 20-90 manat arasında satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə