Teatr premyeraya hazırlaşır

Mingəçevir Dövlət Dram Teatrında yazıçı Əli Səmədlinin "Cəsurlar" nağıl-pyesi əsasında hazırlanmış "Ağıl və Güc" tamaşasına ictimai baxış keçirilib. SİA-nın məlumatına görə, baxış tamaşasında teatrın bədii şurası, yaradıcı heyəti ilə bərabər, ilk dəfə olaraq Mingəçevir şəhərinin əksər məktəblərinin müəllim və şagirdləri də iştirak edib.

Azərbaycanın xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi tamaşada E.İbrahimova, A.Məmmədov kimi təcrübəli aktyorlarla yanaşı teatrın gənc aktyorları da iştirak ediblər.

Qeyd edək ki, "Ağıl və güc" tamaşası balaca teatrsevərlərə yaxın günlərdə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə