Bakıda keçiriləcək Forumun təqdimatı olub FOTOLAR

Bakıda keçiriləcək Forumun təqdimatı olub FOTOLAR

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində təşkil olunmuş Sivilizasiyalar Alyansının Nazirlər Toplantısında Azərbaycan və Bakıda keçiriləcək 7-ci Qlobal Forumun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, toplantıda BMT-nin Baş Katibi Ban Ki Mun, Sivilizasiyalar Alyansı üzrə BMT Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT Baş Assambleyasının Prezidenti Morgens Yukketov, EKOSOS-un Prezidenti Oh Yoon, Türkiyənin xarici işlər naziri Feridun Şirinoglu, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İspaniyanın xarici işlər üzrə dövlət katibi İqnasio İbanez, Albaniya, Finlandiya, İsveç, Braziliya, Misir, Rusiya, Pakistan, Macarıstan, Rumıniya, Tayland, Qatar, Belarus və digər ölkələrin, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası, YUNESKO kimi təşkilatların yüksək səviyyəli rəsmiləri çıxış edərək BMT Sivilizasiyalar Alyansının əhəmiyyətini qeyd etdilər və 2016-cı ilin aprel ayında Bakıda keçiriləcək Alyansın 7-ci Qlobal Forumuna ev sahibliyi edəcəyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildirdilər.

Forumun Təşkilat Komitəsi adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə tədbirə hazırlığı, ölkəmizin mədəniyyətlərarası dialoq prosesində rolunu qeyd edib və Azərbaycanın müasir inkişafı, çoxəsrlik multikultural ənənələri, ölkə başçısının himayəsi ilə keçirilən beynəlxalq tədbirləri əks etdirən film nümayiş etdirilib. Tədbir BMT TV tərəfindən internet vasitəsilə canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə