Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərov vəzifəsindən azad edilib. SİA-ya açıqlama verən Elçin Cəfərov sözügedən xəbərin doğru olduğunu söyləyib. Bildirib ki, işdən öz ərizəsi ilə çıxıb: "Son vaxtlar işlərim həddən artıq çox idi. Buna görə də Milli Dram Teatrından getməyi düzgün hesab etdim. Buna təəssüflənməyə də ehtiyac yoxdur. Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasında dərs deyirəm. Mənə elə gəlir ki, belə mənim üçün daha yaxşı olacaq. Çünki pedaqoji fəaliyyət mənə daha maraqlı gəlir. Onu da deyim ki, YUĞ Teatrının ədəbi hissə müdiriyəm".
Qeyd edək ki, Milli Dram Teatrının yeni mətbuat katibi vəzifəsinə jurnalist Cavid Zeynalov təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB