Yerli və xarici turistlərin bölgələrimizə səfəri əsasən yay turizm mövsümündə daha çox müşahidə olunur. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təhlillər nəticəsində qeyd edilir ki, 2015-ci ilin 01 iyun - 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər təşkil edib. Bunlardan 560 688 nəfər yerli turistlər, 47 545 nəfər xarici turistlərin payına düşür.
Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.
Qeyd edək ki, Quba-Xaçmaz regionu ən çox yerli turistlərin (330 353 nəfər), Şamaxı-İsmayıllı regionu isə ən çox xarici turistlərin (22 286 nəfər) istirahət etdiyi bölgələrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB