Nazirdən Xalça muzeyində baş verənlərə MÜNASİBƏT

Nazirdən Xalça muzeyində baş verənlərə MÜNASİBƏT

Bir müddət bundan əvvəl Xalça muzeyində qalmaqal baş vermişdi. Sözügedən məsələyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aydınlıq gətirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən nazir bildirib ki, Xalça muzeyində baş verən hadisə araşdırılır: "Bu ayın 20-dən oktyabrın 20-nə qədər orada monitorinq keçiriləcək. Belə ki, muzeyə nə qədər insan gələcək, muzey xidmətindən istifadə edəcək, biletlər necə satılacaq? Hər biri təhlil edildikdən sonra hər hansı nəticəyə gəlmək mümkün olacaq. Ancaq hansısa sensasiya yaratmaq üçün orada pis xidmətlərin olduğunu, cinayət baş verdiyini söyləyə bilmərəm. Çünki Xalça muzeyi Azərbaycanın aparıcı muzeyi olmaqla yanşı, bizim fəxrimizdir. Düşünürəm ki, bu muzey haqda müsbət fikirlər söyləməliyik. Çünki dünyanın ən yaxşı muzeylərindən biri Azərbaycandadır".

Qeyd edək ki, bir müddət əvvəl bəzi saytlar yazmışdı ki, Xalça Muzeyinin direktoru Röya Tağıyevanın istədiyi şəxsləri işə götürüb onlara hər cür şərait yaratmasına kollektivin bəzi üzvləri etiraz edir. Qeyd olunurdu ki, 100-ə yaxın işçi faktiki işə çıxmır. Onların maaş kartları da direktordadır. Buna görə də onlar aylarla işə gəlmir, "ölü can"ların öhdəsinə düşən iş yükü də hər gün işə çıxan işçilərin üzərinə qoyulur. Bu da haqlı narazılıq yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə