“Çexovdan Markesə qədər”

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Tərcümə Mərkəzinin kitabları" seriyasından növbəti tərcümə toplusu işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, "Çexovdan Markesə qədər" adlanan bu toplu XX əsr dünya ədəbiyyatının mənzərəsini yığcam hekayə janrının vasitəsilə işıqlandırmağa cəhd edir.

Qeyd edək ki, kitabda A.P.Çexov, A.Rünoske, Ş.Anderson, F.Kafka, K.X.Sela, U.Folkner, V.Borhert, M.Venturi, F.Rot, P.Handke, L.O.Flaerti kimi, ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən görkəmli ədiblərin məşhur əsərləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə