Lənkəranda “Beynəlxalq muzeylər günü” qeyd edilib FOTOLAR

Lənkəranda “Beynəlxalq muzeylər günü” qeyd edilib FOTOLAR

"Beynəlxalq muzeylər günü" ilə bağlı Lənkəranda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində və Həzi Aslanovun ev muzeyində "Muzeylər gecəsi" açıq qapı aksiyası keçirilib. SİA-nın Cənub bürosunun məlmatına görə, 16-18 may tarixlərində müzeylərin qapıları axşam saatlarına kimi açıq olub. Heydər Əliyev Mərkəzində bu günlər gələn ziyarətçilərə Azərbaycanda muzey işi və muzey quruculuğunda Heydər Əliyevin rolu mövzüsunda mühazirə oxunub, axşam saatlarına kimi ekskursiyalar təşkil olunub.

Həzi Aslanovun ev muzeyində gələn ziyarətçilərə Beynəlxalq muzeylər gününün təsis olunma tarixi haqqında məlumatlar verilib, hərbi-vətənpərvərlik mövzüsunda mühazirələr təşkil olunub. Sonda məktəblilərin ifasında şeirlər söylənilib.

Tarix-diyarşünaslıq muzeyində açıq qapı aksiyası çərçivəsində "Lənkəran maddi mədəni nümünələri" mövzüsunda mühazirə oxunub. Muzeyin yeni qurulmuş ekspozisiyalarına ekskursiyalar təşkil olunub. Tədbirdə çıxış edən muzeyin direktoru Ülviyyə Əliyeva Bakıda ilk Avropa oyunlarının keçirilməsinin müasir Azərbaycanın tarixində ən önəmli hadisə olduğunu, bunun Azərbaycanın zəngin tarix və mədəni irsinin dünyada tanıtımına xidmət edəcəyini bir daha vurğulayıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə