Lənkəran Şəhər Mərkəzi Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VIII ənənəvi kitab bayramı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Şahin Şahbazov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə kitabxanada təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.
Mərasimdə çıxış edən Lənkəran Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Validə Məmmədova, şəhər ziyalıları və ağsaqqallar ümummilli lider Heydər Əliyevin zəngin bilik mənbəyi olan kitablar haqqında söylədiyi fikirləri yüksək qiymətləndirmiş, hər bir insanın həyatda mövqe qazanmasında kitabların oynadığı əhəmiyyətli roldan danışıblar.
Qeyd edək ki, tədbirin bədii hissəsində məktəblilər, balaca fidanlar və bədii özfəaliyyət kollektivlərinin üzvləri şeirlər söyləmiş, mahnı və rəqslər ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB