Görkəmli xanəndə, xalq artisti, Prezident təqaüdçüsü, professor Canəli Əkbərovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan Məcnun və İbn Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.
C.Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.
Görkəmli xanəndə 1989-cu ildə Azərbaycanın əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
Qeyd edək ki, yubiley gecəsi aprelin 8-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB