Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Azərbaycan Dövlət Musiqili Teatrda yeni uşaq tamaşasının məşqlərinə start verilib. Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşviqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırlanan tamaşa "Dəcəl çəpişlər" adlanır. Bu haqda SİA-ya tamaşanın quruluşçu - rejissoru Əhəd Hacıyev məlumat verib: "Teatrda yeni uşaq tamaşasının məşqlərinə start verilib. Tamaşanın müəllifləri O. Zülfüqarov və R. Heydərdir. Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Bizlərə göstərilən bu etimad teatrımızda gənclər üçün yaradılan yüksək yaradıcı şəraitin, gənclərə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər".

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə