Firəngiz Əlizadənin əsərləri Türkiyədə səsləndirilib

Firəngiz Əlizadənin əsərləri Türkiyədə səsləndirilib

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin konsert salonunda Çukorova Dövlət Simfonik orkestrinin müşayiəti ilə "Türkiyə-Azərbaycan dostluq konserti" adlı simfonik musiqi gecəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, konsert Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilib.

Konsertdə Çukurova Dövlət Simfonik orkestrinin müşayiəti ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin "İntizar" operasından seçmələr, eləcə də bəstəkarın "Metamorfoza" və digər əsərlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, operadan səslənən ariyaları Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin Tolqa Erden səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə