Görüşdə UNDP-nin Azərbaycanda həyata keçirildiyi layihələr barədə məlumat verilib. SİA-nın verdiyi xəbərə görə, Antonius Broek Əbülfəs Qarayevin cari ilin yanvar ayında baş tutmuş Nyu York səfəri çərçivəsində keçirilən tədbirlər, xüsusilə BMT rəsmiləri ilə görüşlərin beynəlxalq ictimayətdə böyük rezonans doğurduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna BMT-nin üç əsas ixtisaslaşmış qurumu YUNESKO, Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının cəlb olunması Azərbaycanın bu qurum ilə dərin və çoxşaxəli əməkdaşlığının bariz nümunəsidir.
UNDP çərçivəsində ölkəmiz ilə turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bütün təkliflər Azərbaycan qanunvericiliyinə uyğunlaşdırıldıqdan sonra onların həyata keçirilmə mexanizmləri ətraflı nəzərdən keçirilə bilər. Bu təkliflər eyni zamanda cari ilin 18-19 may tarixində Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu forum çərçivəsində "Mədəniyyət və davamlı inkişaf 2015 gündəliyi" ilə əlaqələndirilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB