Özbəkistanın aparıcı portalı Naxçıvan haqqında məqalə dərc edib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə Özbəkistanın "podrobno.uz" portalı Azərbaycanın Naxçıvan Muxtar Respublikası haqqında "Нахичевань - цитадель земли Азербайджана" adlı məqalə dərc edib. SİA-nın verdiyi məlumata görə, məqalənin müəllifi Özbək jurnalist Dəmir İsayev Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olan, xalqın yaratdığı maddi mədəniyyət abidələri, zəngin mədəni irs nümunələri ilə dünya mədəniyyəti xəzinəsinə daxil olmuş Naxçıvan diyarının tarixçilərin və kulturoloqların diqqət mərkəzində olduğunu qeyd edir. O, yazır ki, elmi araşdırmalar Azərbaycan - bəşəriyyətin formalaşdığı mərkəzlərindən biri olmuş və zəngin tarixi malik ölkə olduğunu təsdiqləyir.
Müəllifin fikri xüsusi maraq doğurur. O yazır ki, bu gün Naxçıvan xəritədə ana Vətəndən ayrı, təcrid olunmuş ada kimi görünür. Xəritəyə baxdıqda, belə nəticə çıxarmaq olar ki, ədalətsiz bölgü buradan da yan keçməyib. Jurnalist D.İsayev bütün tarixi dövrlərdə Naxçıvanın - Azərbaycan xalqının vətəni və Azərbaycanın bir hissəsi olduğunu qeyd edir.
Ermənistan Azərbaycan torpaqları olan Qarabağı işğal etməklə Naxçıvana qarşı da iddialarla çıxış etsə də, Azərbaycan xalqının qəhrəman müdafiəçiləri sayəsində bu arzu baş tutmayıb.
Məqalədə tarixə nəzər salınır, imzalanmış Kars müqaviləsi, onun Naxçıvan üçün həyati əhəmiyyəti xüsusi qeyd edilir.
Müəllif qeyd edir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən, Ermənistan vəziyyətdən istifadə edərək öz planlarını reallaşdırmaq məqsədi ilə Azərbaycana qarşı hərbi təcavüz etmiş, nəticədə 1990-cı ilin əvvəllərində muxtar respublika tam iqtisadi blokadaya düşüb.
Məqalədə yazılır: məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana, Naxçıvana qayıdışı muxtar respublika əhalisində gələcəyə ümid yaratmış, bu diyar 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyasına görə Azərbaycanın tərkibində muxtar respublika statusu almışdır. 1995-ci il dekabrın 16-da keçirilən Muxtar Respublikanın Ali Məclisinin birinci sessiyasında Vasif Talıbov Naxçıvan MR Ali məclisinin sədri seçilib. Uzun müddət blokada şəraitində olmasına baxmayaraq, Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti sayəsində, Vasif Talıbovun rəhbərliyi altında Muxtar Respublika böyük uğurlar əldə edə bilib.
"Нахичевань - цитадель земли Азербайджана" adlı məqalədə iqtisadi artım, sosial tərəqqi, mədəni dirçəliş - Naxçıvan Muxtar Respublikasının son illərdə əldə etdiyi tarixi reallıq olduğu bildirilir.
Son 10 ildə muxtar respublikada iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlər, makroiqtisadiyyat göstəricilərinin artdığını qeyd edən müəllif real iqtisadiyyatın 12.5 dəfə, dövlət büdcəsi 11,7 dəfə artdığını və iqtisadiyyata 3 milyard 704 milyon manat investisiya qoyulduğunu yazır.
Azərbaycan Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri və səfər çərçivəsində açılan infrastruktur, səneye, mədəniyyət müəssisələri haqqında yazılan məqalədə Naxçıvanın simasının tamamilə dəyişməsi məqalədə xüsusi qeyd olunur.
Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün bütün Azərbaycanda, habelə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən işlər, siyasət ölkənin tərəqqisi, ərazi bütövlüyünü təmin etmək üçün hər cür şərait yaratdığını yazır.
Müəllif Dəmir İsayev məqaləni Azərbaycanın Özbəkistandakı Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqalə"si müsabiqəsinə "Azərbaycan iqtisadiyyatı" nominasiyası üzrə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB