Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev 26-31 yanvar tarixlərində ABŞ-da səfərdə olacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə AR Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə 2015-ci ilin 27 yanvar tarixində BMT-nin Baş Qərargahında, 28 yanvar tarixində isə ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcək.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun iclası da keçiriləcək tədbirlər sırasında yer alır.
Bununla yanaşı, səfər çərçivəsində Nazir Ə. Qarayevin BMT-nin Baş katibi Ban Ki Mun və onun Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planşlaşdırılır.
Məlum olduğu kimi 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu cari ilin 18-19 may tarixində Bakıda keçiriləcəkdir. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB