“Şaxta babanın qoğalı”

Mərdəkan Mədəniyyət Sarayında yeni il şənliklərinə start verilib. SİA-nın verdiyi məlumata görə, şənliklər beş gün ərzində davam edəcək. Şənlikdə "Şaxta babanın qoğalı" adlı tamaşa nümayiş olunub.

Tamaşa boyu nağıl qəhrəmanlarının başına gələn sərgüzəştlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Uşaqlar öz nağıl qəhrəmanlarına olan sevgilərini isə alqışlarla göstəriblər.

Daha sonra Mədəniyyət Sarayında fəaliyyət göstərən "Azərbaycan qartalları" və "Lalələr" rəqs kollektivlərinin iştirakı uşaqların sevincinə səbəb olub.

Qeyd edək ki, sonda uşaqlar Şaxta baba və Qar qız eləcə də nağıl qəhrəmanlarından olan baba, nənə, qoğal, canavar, tülkü, dovşan ilə birlikdə şam ağacının ətrafında rəqs edib, maraqlı oyunlarda iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə