“Gələrsən, görərsən” telelayihəsinin növbəti bölümü Naxçıvana həsr olunub

“Gələrsən, görərsən” telelayihəsinin növbəti bölümü Naxçıvana həsr olunub

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilişləri aparılan və artıq səkkiz bölümü İctimai Televiziya vasitəsilə nümayiş etdirilmiş "Gələrsən, görərsən" adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın bir-birindən gözəl bölgələri və regionlarının paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdan bu layihənin doqquzuncu buraxılışı Naxçıvan Muxtar Respublikasına həsr olunub.

Qeyd edək ki, film dekabrın 8-də saat 22:50-də İctimai Televiziyada nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə