Nizami Kino Mərkəzində bu gündən etibarən "Lənətlənmişlərin məskəni" , "Vikinqlər" bədii filmlərin və oktyabrın 25 –dən "Qəhrəmanlar şəhəri" animasiya filminin nümayişinə başlayır. SİA-nın verdiyi məlumata görə, Amerika istehsalı olan "Lənətlənmişlərin məskəni" filmini rejissor Bred Anderson triller janrında çəkib. Yaş məhdudiyyəti:18+
Psixiatriya klinikasında işə düzələn Edvard klinikanın bir həkiminin yoxa çıxdığını öyrənir. Həkimin xəstələr tərəfindən oğurlanmasını aşkar edən tibb işçisi, həmçinin klinikanında xəstələrin nəzarətinə keçdiyini başa düşür.
Filmdə baş rolları Keyt Bekinseyl, Cim Styorcess, Brendan Qlison, Ben Kinqsli, Maykl Keyn, Devid Tyulis və başqaları oynayıblar.
İsveçrə Almaniya və CAR kinemotoqrafçılarının birgə işi olan "Vikinqi" filmini rejissor Klaudio Fax döyüş və macəra janrında çəkib. Yaş məhdudiyyəti :18+
Dəhşətli fırtına nəticəsində gəmiləri batan vikinqlər düşmən düşərgəsinin yerləşdiyi məkana düşürlər. Sağ qalmaq üçün yeganə şansları öz məskənlərinə yol tapmaqdır. Bunun üçün də onlar tanımadıqları düşmən torpaqlarından keçməlidirlər.
Filmdə baş rollara Rayan Kvanten, Ceyms Norton, Ed Skreyn, Çarli Merfi, Tom Xopper və başqaları çəkiliblər.
Amerika istehsalı olan "Qəhrəmanlar şəhəri" cizgi filmini rejissorlar Don Holl və Kris Uilyams ailəvi komediya və döyüş janrında çəkiblər. Filmin yaş məhdudiyyəti yoxdur.
Robotların ixtirası ilə məşqul olan gənc dahi Xiro Xamada qardaşı Tadaşi ilə gələcəyin şəhəri San -Fransokiyanın Texniki universitetində öz qabaqcıl ideyalarını həyata keçirirlər. Baş vermiş bir sıra sirli hadisələr nəticəsində onlar qorxunc bir sözləşmənin içinə düşürlər və Xiro bu vəziyyətdən çıxmaq üçün şən və ürəyi açıq robot Beymaksın proqramını dəyişərək onu döyüş makinasına çevirir.
Filmdə rolları TiCey Miller, Ceymi Çunq, Maya Rudolf və başqaları canlandırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB